Marketinq üzrə təcrübəçi


“Marketinq üzrə təcrübəçi ” vəzifəsi üzrə işçi axtarışı elan edilir.

    Vəzifə öhdəlikləri:
• Məhsullara aid təqdimatların hazırlanması və sunumunu etmək
• Nəticələrin təhlili və hesabatları hazırlanmasında iştirak etmək
• Gündəlik satışların, anbar qalıqlarının çıxarılması və analizində iştirak etmək
• Bazar araşdırması, ərazidə rəqiblərin izlənməsində iştirak etmək
• Şöbələr arasında proseslərin koordinasiyasında iştirak etmək
• Layihələrin icrası ilə bağlı plan qrafikə əsasən işləri həyata keçirmək, nəzarət etmək

Tələblər:

• Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsil
• Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
• Güclü araşdırma bacarığı və kreativ yanaşma 
• Analitik qabiliyyət, riyazi düşünmə bacarığı
• Microsoft Office proqramlarını baza səviyyəsində bilmək (Excell, PPT, Word)
• Komanda ilə işləmə bacarığı 
• Yaradıcı, yenilikçi, məsuliyyətli, araşdırma bacarığı.
• Marketinqə həvəsli, öyrənməyə meyilli, təşəbbüskar


    İş şəraiti: 
• İş yeri: Xırdalan şəhəri;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; 
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

 

 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq üzrə təcrübəçi”  yazaraq [email protected]  ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.