İş elanı


“A+CO” ASC “Satış üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
• Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunu izləmək, istehsalla birbaşa bağlı uçot məlumatlarını işləmək;
•  Xərc smetasının icrasını izləmək, istehsalla bağlı işləri görmək və xidmətlərin göstərilməsinin uçotunu aparmaq;
• Ehtiyatlara nəzarət etmək, itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirmək;
• Sistemə yeni mal-material adlarını və sərfiyyat kartlarını daxil etmək;
• Mövcud hazır mal-materialların maya dəyərinin düzgün hesablanması üçün zəruri göstəriciləri müəyyənləşdirmək və onları daimi nəzarətdə saxlamaq;
• Məhsullar üzrə mal-materialların maya dəyərini hesablamaq və faktiki formalaşan maya dəyərləri ilə müqayisə aparmaq;
• Aylıq faktiki göstəriciləri (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərlə müqayisə etmək;
• Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasını təmin etmək;
• İstehsal sahələri tərəfindən daxil edilən əməliyyatları sistemdə mütəmadi olaraq yoxlamaq və müvafiq sənədlərlə təmin etmək;
• Mühasibatlıq sənədlərinin qorunub saxlanılmasını təmin etmək və onları müəyyən olunmuş qaydada arxivləşdirmək.
Tələblər:
• Ali təhsil  (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq);
• Mühasibatlıq və ya maliyyə sahəsində ən azı 1 illik iş təcrübəsi;
• ACCA F2 və F3 üzrə sertifikatlar üstünlükdür;
• MC Office və Logo proqramlarından istifadə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
• Analitik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə;
• Ezamiyyətlərə açıq olmaq.
İş şəraiti: 
• İş yeri: Xırdalan şəhəri;
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; 
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.