İş elanı


“A+CO” ASC “Maliyyə analitiki” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:
• Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək (P&L, BS, PVHH);
• Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
• Cari xərclərin yaxlanılması və təstiq olunması;
• Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
• Büdcə hesabatlarının hazırlanması və təstiq edilən büdcə hesabatlarının izlənməsi;
• Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
• Malların marjinallığının hesablanması və təhlil edilməsi;
• Tələb olunan digər İdarəetmə hesabatlarını hazırlaması;
• Maliyyə-təsərrüfat əməliyyatlarının təhlili.
Tələblər:
• İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il;
• Təhsili/ixtisası: Ali iqtisadi təhsil;
• Təlim və kurslar: ACCA - F3, F7;
• Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramı (üstünlük verilir);
• Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür;
• Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə).
İş şərtləri:
• İş rejimi: 5 gün 09:00 – 18:00;
• İş yeri: Xırdalan şəhəri;
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Maliyyə Analitiki" başlığı altında [email protected] ünvanına göndərmələri xahiş olunur.