IT texniki dəstək üzrə təcrübəçi
“A+CO” ASC “IT texniki dəstək üzrə təcrübəçi” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- - Bölmənin məsul işçiləri tərəfindən ona həvalə olunan tapşırıqların icra edilməsində dəstək göstərmək;
- - Bölməyə daxil olan müraciətlər əsasıda İT resurslarının texniki sazlanmasının həyata keçirilməsində dəstək göstərmək;
- - Gündəlik kompüter istifadəçilərindən gələn sorğuları qəbul edib onlara texniki dəstək göstərmək;
- - Şirkətdə mövcud olan layihələrin yerinə yetirilməsində iştirak etmək;
- - Şirkət fəaliyyəti təmini üçün nəzərdə tutulan yeni obyektlərin İT avadanlıqları ilə təmininin həyata keçirilməsində dəstək göstərmək;
- - Bölməyə daxil olan müraciətlərin icra prosesinin müvafiq proqram təminatında qeydiyyatının təmin edilməsində dəstək göstərmək;
- - Bölməyə daxil olan insidentlərin həlli yolunu araşdırıb, tapılan həll yolunu testləşdirərək, uğurlu test nəticələrinin tətbiq edilməsində dəstək göstərmək;
- - Kompüterlər, şəbəkə və ofis avadanlığı ilə ortaya çıxan nasazlıqların diaqnostikası və aradan qaldırılmasına dəstək göstərmək;
- - Ofis daxili şəbəkənin tənzimlənməsi, problemlərin aradan qaldırılması (ehtiyac olduğu halda kabelin çəkilməsi və qoşulması);
- - Kabellərin sonlandırılması (rj45, patch-panel və data yuvasına);
- - Mövcud Biometrik sistemlərinə dəstək göstərmək;
- - Printer, Scaner, Fax və s. kimi avadanlıqların quraşdırılmasına dəstək göstərmək;
- - Notebook, masaüstü kompüterlər, printerlər və digər avadanlıqlar (o cümlədən şəbəkə avadanlıqları), proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasında dəstək göstərmək.
Tələblər:
- - Bakalavr təhsilini tamamlamış (İT sahəsi üzrə arzuolunandır);
- - Məntiqi və analitik düşünmə qabiliyyəti;
- - Windows əməliyyat sistemləri haqqında ümumi anlayış;
- - CCTV və IP kameraların qoşulması və qurulması üzrə bilik və bacarıqlar;
- - Kabel çəkilməsi, Wİ-Fİ nöqtələrinin qoşulması üzrə nəzəri biliklər;
- - İT texniki dəstək sahəsində təcrübə üstünlükdür.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və servis şirkət tərəfindən təmin olunur;
- Ödənişli təcrübə proqramı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “IT texniki dəstək üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.